Tikinti işləri ilə əlaqədar olaraq bilet kassalarının yerinin dəyişdirilməsi, əvvəlki yerlə müqayisədə daha uzaqda olması bəzi sərnişinlərə çətinlik yaradır.
Tikintinin nə zaman bitəcəyinə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov aydınlıq gətirib.
“Qafqazinfo”nun məlumatına görə, Nadir Əzməmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, sərnişin stansiyalarında platformalar qurulub, ora yollar çəkilir: “Sumqayıt sərnişin stansiyasında da platformalar qoyulub, yollar qurulur. Ümumilikdə hazırda tamamlanma işləri gedir. Çalışırıq ki, Bakı-Sumqayıt qatarını sentyabrın 15-də xəttə buraxaq. Bütün heyət cəlb olunub ki, işlər maksimum sürətlə getsin”.
Son xəbərlər
Son Xəbərlər