Bakı-Sumqayıt qatarına əlavə vaqonlar qoşuldu - Tıxaca görə

baki-sumqayit-qatarina-elave-vaqonlar-qosuldu
Oxunma sayı: 1813

Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

"Qafqazinfo" “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (iyunun 28-dən) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.