Bakı-Sumqayıt yolu problemi həll olunur

baki-sumqayit-yolu-problemi-hell-olunur
Oxunma sayı: 1789



Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt yolunun 9-cu kilometrində yeni yolötürücünün tikintisi aparılır, yeni ikizolaqlı yol çəkilir və avtomobillərin istənilən istiqamətə hərəkət etməsi üçün dairə tikiləcək.
Bu işlər Bakı-Sumqayıt avtomobil yolunun buraxılış qabiliyyətini artırmağa imkan verəcək. Bundan başqa, yeni yolun inşası sayəsində hərbi hissədən (bu yolda yerləşən) yol polisi postuna çıxış təmin ediləcək.

Əks istiqamətdə də xeyli işlər görülür. Xüsusilə Sulutəpə-Xocasən-Biləcəri yolunun (1,5 kilometr) 4 zolaqdan 8 zolağadək (hər istiqamətdə 4 zolaq olmaqla) genişləndiriməsi işləri görülür. Həmçinin, burada uzunluğu 110 metr olan yeni 3 zolaqlı yolötürücünün inşası aparılır.

Bu işlər başa çatdırıldıqdan sonra Sumqayıtdan hərəkət edən avtomobillər Xocasən və Biləcəri istiqamətində hərəkəti davam etdirə, "Şamaxinka" kimi tanınan ərazidən şəhərə daxil ola, Bakı-Şamaxı yolu, avtovağzal və atıcılıq kompleksi istiqamətində (gələcəkdə birinci dairəvi avtomobil yoluna çıxmaq) hərəkət edə biləcəklər.
ASC işlərin başa çatma tarixini açıqlamır.