Bakı-Sumqayıt yolu sabah işlək vəziyyətdə olacaq

baki-sumqayit-yolu-sabah-islek-veziyyetde-olacaq
Oxunma sayı: 3363

Bakı-Sumqayıt yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar iyulun 29-u səhər 05:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Sözügedən ərazidə görülən işlər axşam saatlarında başa çatdırılacaq.