Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var+Fotolar+Yenilənib

baki-sumqayit-yolunda-agir-qeza
Oxunma sayı: 9835

Bakı-Sumqayıt yolunda, yolun Saray qəsəbəsinə çəkilmiş hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerində keçinib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.