Bakı-Sumqayıt yolunda işıqlar söndü

baki-sumqayit-yolunda-isiqlar-sondu
Oxunma sayı: 2539

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunun işıqlandırılması kəsilib.

“Qafqazinfo” xəbər verir ki, yolun Xırdalan şəhəri ərazisindən Ceyranbatan qəsəbəsinə qədər olan hissəsində olan işıqlandırma dayanıb.

İşıqlandırmanın kəsilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli saytımıza bildirib ki, yolda işığın olmaması hava şəraiti ilə əlaqəlidir:

“Qidalandırıcı xətdə nə isə problem olub. Ona görə də ümumi olaraq həmin ərazidə işıq yoxdur”.

Rasim Məmmədli