Bakı – Sumqayıt yolunda problemlər yaranıb

baki-sumqayit-yolunda-problemler-yaranib
Oxunma sayı: 1021

Bakı-Sumqayıt yolu qarla örtüldüyündən avtomobillərin hərəkətində problemlər yaşanıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Sumqayıt və Saraydan Bakıya gələn sakinlər sosial şəbəkə yazıb.

Şəbəkə istifadəçisi Elgün Namazlı geri qayıtmalı olduğunu bildirib: “Sumqayıt-Bakı yolunda ən az 6 qəzanın şahidi oldum”.

Bundan başqa, sürücülər yolda artıq hərəkət məhdudlaşdırıldığını və yolda uzun tıxaclar yarandığını bildirib.

Günel Hacı