Bakı-Sumqayıt yolunda qəza

baki-sumqayit-yolunda-qeza
Oxunma sayı: 1050


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Vüsal İmanov “Mercedes” markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus eyni markalı avtomobillə toqquşub. Toqquşma güclü olduğundan Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə dəyərək tamamilə yararsız vəziyyətə düşüb. 

Avtomobildə olan sürücü və sərnişini Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Kliniki tibbi mərkəzə çatdırılıb. Dərhal əməliyyat olunan yaralıların həyati təhlükələri aradan qaldırılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.