Bakı-Sumqayıt yolunda təmir bitdi

baki-sumqayit-yolunda-temir-bitdi
Oxunma sayı: 2367

“Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşıb”.
 
Bu barədə “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bu gün axşam saatlarında Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işlərinin başa çatdığını, Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətinin tam bərpa edildiyini qeyd edib.

“Sözügedən ərazidə 250 min kvadratmetr sahədə asfalt-beton örtüyü tam olaraq yenilənib. Zəruri yerlərdə yeni yol nişanları quraşdırılıb, xətlənmə işləri aparılıb”, - deyə o, sözlərinə lavə edib.
 
Xatırladaq ki, iyunun 26-dan 27-nə keçən gecədən etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinə başlanılıb.