"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev dünən Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasmindəki çıxışında deyib.
Prezident yarışların Təşkilat Komitəsinin çox fəal və böyük uğurla işlədiyi qeyd edərək bildirib ki, artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsinə tam hazırdır. “Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir. Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır” – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcək.
Son xəbərlər
Son Xəbərlər