"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il yekunlaşacaq".
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu laihə həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir.
B.Yıldırım qeyd edib: "Bakı-Tbilisi-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək".
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası razılaşması əsasında inşa edilir.
Son xəbərlər
Son Xəbərlər