Bakı - Tbilisi qatarı qəzaya uğrayıb.
"Qafqazinfo" Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.
Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.
Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.
Yaralananlar barəsində hələlik məlumat yoxdur.
***
01:25
Dəmiryol vağzalının nümayəndəsi "Qafqazinfo"ya açıqlamasında qatarın hərəkətinin dayandığı təsdiqləyib. O, bu barədə ətraflı məlumata sahib olmadığını bildirib. İlkin məlumata görə, qatarın hərəkətinin dayanmasına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür.
***
01:57
Qatardan olan sərnişinlərdən birinin "Qafqazinfo"ya verdiyi məlumata görə, qəzaya elektrik naqilinin qırılması səbəb olub. Bu zaman qırılan naqil torpağın üzərinə düşüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Hazırda sərnişinlər digər qatara köçülür. Bundan sonra Tbilisi istiqamətində hərəkətin davam etdiriləcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər