Bakı-Tbilisi qatarının hərəkəti bərpa edildi

baki-tbilisi-qatarinin-hereketi-berpa-edildi
Oxunma sayı: 1598

Bakı – Tbilisi qatarında yaranan problem aradan qaldırılıb.

“Qafqazinfo”nun məlumatına görə, təxminən iki saat davam edən təmir işlərindən sonra qatarın hərəkəti bərpa olunub.

Qeyd edək ki, elektrik naqilinin qopması səbəbindən Bakı-Tbilisi sərnişin qatarı dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolda qalmışdı.