“Bakı Türk İxracat Məhsulları Sərgisi - 2011” açılıb

baki-turk-ixracat-mehsullari-sergisi-2011-acilib
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin “Meridyen Uluslararası Fuarçılıq” Şirkətinin təşkil etdiyi sərgini Şirkətin İdarə heyətinin üzvü və layihənin Azərbaycan üzrə əlaqələndiricisi Alper Çekic açıb. O bildirib ki, belə layihələr Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrini inkişaf etdirəcək.

Açılışa qatılan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc da sərginin iki ölkənin iş adamları arasında yeni işbirliklərinin yaradılmasında faydalı olacağını qeyd edib.

Açılışda həmçinin, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və TÜSİAB-ın nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, üç gün davam edəcək sərgi “Baku Expo Center” Beynəlxalq Sərgi Mərkəzində keçirilir. 50-dən çox Türkiyə şirkətinin qatıldığı sərgi inşaat, mebel və emal sənayesi, qida, tekstil, məişət texnikası, kimya sənayesi, kosmetika və hazır geyim kimi müxtəlif fəaliyyət sahələrini əhatə edir.

Xatırladaq ki, “Meridyen Uluslararası Fuarçılıq” Azərbaycanda keçirilən “İstanbul Fashion Show” və “Türk İnşaat və Makina” sərgilərinin də təşkilatçısı olub.

Nigar Məmmədli