Bakıda keçirilən Formula 1 Qran-Prisinin qalibi Serxio Perez açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə qələbədən danışıb:
“Çox xoşbəxtəm ki, birinci oldum. Bizim üçün əla nəticədir. Bakı üçün normal yarış keçdi. Əslində, komanda yoldaşım Maks Verstappen də finişə çatsaydı, yaxşı olardı.
Çünki ikimiz də yaxşı pillələrdə idik. Belə “Red Bull” üçün əla olardı. Amma təəssüf ki, onun bolidi qəzaya uğradı”.
Perez 7 qat dünya çempionu Luis Hemiltonu ötməsindən söz açıb:
“Gördüm ki, o, döngəyə girir. Sağdan keçmək istəyəndə Hemiltonun düz getdiyini gördüm. Bu, mənim üçün yaxşı oldu”.
Son xəbərlər
Son Xəbərlər