Bakı UEFA-ya müraciət etdi

baki-uefa-ya-muraciet-etdi
Oxunma sayı: 866


  “Qafqazinfo”nun Apasport.az saytına istinadən  məlumatına görə, ötən ilin mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Qeyd edək ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.