“Bakı” və “Qəbələ” qələbə qazandı

baki-ve-qebele-qelebe-qazandi
Oxunma sayı: 654

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 oyun keçirilib.

Ötən turda səfərdə “Rəvan”la görüşdə iki vacib iki xal itirən “Bakı” bu dəfə evdə autsayder “Sumqayıt Şəhər”i qəbul edib. Bu mövsüm çempionluq uğrunda mübarizə aparan Aleksandr Starkovun komandasını yalnız qələbə razı sala bilərdi. Əks təqdirdə “zolaqlılar” digər rəqiblərindən bir qədər də uzaqlaşacaqdı.

Premyer Liqanın aşkar autsayderi və təhlükəli zonadan uzaqlaşmağa çalışan Sumqayıt təmsilçisinin də Bakıya ən azı bir xal üçün gəldiyi heç kəsdə şübhə doğurmurdu. Lakin paytaxt təmsilçisi bu görüşdə qələbəyə sevinib. Matçın taleyini isə bir qol həll edib. Verpakovskisin 55-ci dəqiqədə vurduğu qol "Bakı"ya qələbə qazandırıb - 1:0.

Günün digər qarşılaşması isə Tovuzda baş tutub. Burada yerli “Turan” klubu “Qəbələ” ilə qarşılaşıb. Son turda səfərdə “Simurq”a (1:2) məğlub olan “Turan” klubu turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb. Lakin Tovuz təmsilçisi bu görüşdə qələbə qazanmaqla bir pillə irəliləyə bilərdi. Lakin Əsgər Abdullayevin komandası bu oyunda meydanı xalsız tərk edib.

Son turda doğma azarkeşləri önündə “İnter”lə 0:0-lıq bərabərə qalan “Qəbələ”ni səfərdə yalnız 3 xal qane edəcək ki, Fatih Kavlakın komandası da bunun öhdəsindən gəlib. Matçın 67-ci dəqiqəsində Hilarionun vurduğu qol “Qəbələ”yə minimal hesablı qələbə qazandırıb. Bununla da, "Qəbələ" 6-cı pillədəki mövqeyini qoruyub.




15 dekabr (cümə axşamı)

Premyer Liqada XVII turun oyunları

14:00. “Bakı” – “Sumqayıt Şəhər” - 1:0
Qol: Maris Verpakovskis, 55 (1:0)
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu.

14:00. “Turan” – “Qəbələ” - 0:1
Qol: Luiz Paulo Hilario, 67 (0:1)
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.


16 dekabr (cümə)

14:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Quzanlı. Qəsəbə stadionu.

14:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu.

16:00. AZAL – “Simurq”
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena.


17 dekabr (şənbə)

17:00. “İnter” – “Neftçi”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "Şəfa" stadionu.




Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 16 11 1 4 34-14 34
2 İnter 16 8 6 2 13-8 30
3 Bakı 17 8 5 4 23-13 29
4 Xəzər Lənkəran 16 8 5 3 20-16 29
5 Qəbələ 17 7 4 6 18-19 25
6 Qarabağ 16 7 4 5 18-14 25
7 AZAL 16 5 5 6 20-24 20
8 Simurq 16 5 4 7 17-20 19
9 Rəvan 16 4 7 5 18-19 19
10 Kəpəz 16 4 4 8 20-28 16
11 Sumqayıt Şəhər 17 3 3 11 12-23 12
12 Turan 17 3 2 12 10-25 11




Bombardirlər

1. Bahodir Nasimov - "Neftçi" - 10 qol
2. Robertas Poşkus - "Simurq" - 7 qol
3. Uinston Parks - "Bakı" - 6 qol
4. Tales Şütz - AZAL - 6 qol
5. Flavio Aleks Valensio - "Neftçi" - 6 qol