Daşkənd şəhərində özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.
Bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövləti Komitəsindən məlumat verilib.
Kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Səmərqənd Dövlət Universitetinin birgə layihəsi əsasında hazırlanıb.
Abdurasul Goziyev və Abdixaliq Arziqulovun tərtib etdikləri kitabda alimlərin elmi yaradıcılığından və əməkdaşlığından bəhs edilib.