“Bakı” – “Xəzər Lənkəran” oyunu canlı yayımlanacaq

baki-xezer-lenkeran-oyunu-canli-yayimlanacaq
Oxunma sayı: 643

Bu barədə Qol.Az saytına klubun Marketinq və İctimai Əlaqələr Departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, görüş “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Klub rəsmisi oyunun canlı yayımlanması üçün bazada lazımi şəraitin yaradıldığını bildirib.
Xatırladaq ki, görüş oktyabrın 21-də baş tutacaq. Saat 15.00-da başlayacaq oyun "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Oyunu FİFA referisi Fariz Yusifov idarə edəcək. Ona hakimlər Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov yardım edəcəklər.