“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri və yarandığı qısa müddət ərzində əldə etdiyi uğurlardan söz açıb. Azərbaycanda yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasının BANM-in əsas hədəfi olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın neft və qaz hasilatında tarixi rolundan danışıb.
Xatırladaq ki, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə 4-17 iyul, 2015-ci il tarixlərində 9-cu Bakı Yay Enerji Məktəbini keçirir. Bu il məktəbə 17 ölkədən 47 iştirakçı qoşulub.
Son xəbərlər
Son Xəbərlər