“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bakı-Yevlax yolunun 154-cü kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilində 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 15:44-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər