Bakı Yunus Əmrə İnstitutunun direktoru BAAU-nun qonağı oldu - Fotolar

baki-yunus-emre-institutunun-direktoru-baau-nun-qonagi-oldu
Oxunma sayı: 1819

Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Karaklıç Bakı Avrasiya Universitetinin (BAAU) qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə BAAU-nun Ümumi filologiya kafedrasının əməkdaşları, eyni zamanda Türk dili və ədəbiyyatı ixtisasının I kurs tələbələri iştirak edib.

Tələbələrin iştirakı ilə istiqlal şairi Mehmet Akif Ərsoyun xatirəsi anılıb, şairin sözlərinə yazılmış “İstiqlal Marşı” oxunub. Daha sonra Türkiyə universitetləri ilə əlaqələrin əhəmiyyəti və mümkün əməkdaşlıq imkanlarından danışılıb. Görüşdə hər iki tərəfin maraqlı təklifləri və bir sıra layihələr müzakirə mövzusu olub.

Ziyarəti sırasında göstərdikləri doğma və isti münasibətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Səlcuq Karakılıç, eyni zamanda tələbələrə Yunus Əmrə İnstitutunun hədiyyələrini təqdim edib.