Bakı Zooparkı tarixində ilk - Fotolar

baki-zooparki-tarixinde-ilk
Oxunma sayı: 10834

Bakı Zooloji Parkının tarixində ilk dəfə pələng balası dünyaya gəlib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqram hesabında paylaşım edib. 

Xəbəri rus dilində oxuyun: Эта маршрутная линия переходит на BakıKart

Как армяне обманули 16-летнюю девушку? - СГУ провела спецоперацию +Видео

O qeyd edib ki, pələng ilində dünyaya gələn dişi pələng balasına Nur adı verilib: “Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq”, - Leyla Əliyeva qeyd edib.

Xatırladaq ki, əsaslı təmirdən çıxan Bakı Zooloji Parkında ötən il şir balası doğulmuşdu.