Bakıda “06” mağazaya çırpıldı - - 1 ölü

bakida-06-magazaya-cirpildi-
Oxunma sayı: 1300


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

“VAZ 21-06” markalı, 10-KX-214 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elxan Məmmədov idarəetməni itirərək maşını mağazaya çırpıb. 

Nəticədə mağazada olan orta məktəb şagirdi, 10 yaşlı Əlövsət Nadir oğlu Allahverdiyev ölüb. Digər şagirdlər - 13 yaşlı Vasif Əziz oğlu Bayramov və Ayxan Arif oğlu Naibov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.