Bakıda 1 manatlıq əskinaslar yoxa çıxıb?

bakida-1-manatliq-eskinaslar-yoxa-cixib
Oxunma sayı: 2397


“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, mağazalarda alıcılara qalıq qaytarmq üçün aşağı nominallı əskimaslar yoxdur. Bu səbəbdən bir sıra mağazalarda alıcılar geri qaytarılır. 

Musavat.com-un əməkdaşı axşam saatlarında  müşahidələr aparıb və 1 manatlıq əskinas qıtlığınının yaşandığının şahidi olub. Mağaza satıcıları bildiriblər ki, 100 manat dəyərində aşağı nominallı əskinas əldə etmək də müşkülə çevrilib. Yanacaqdoldurma məntəqələri 97 manatlıq aşağı nominal üçün 100 manat tələb edirlər.