Bakıda 1 nəfər dənizdə batdı

bakida-1-nefer-denizde-batdi
Oxunma sayı: 1443

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin  "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.