Bakıda 112 nömrəli avtobusun yolu dəyişdi

bakida-112-nomreli-avtobusun-yolu-deyisdi
Oxunma sayı: 1007

112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

BNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.  

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.