Bakıda 13 yaşlı oğlan intihara cəhd etdi

bakida-13-yasli-oglan-intihara-cehd-etdi
Oxunma sayı: 2503

Bakıda yeniyetmə oğlan intihara cəhd edib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Xətai rayonu, X.Məmmədov küçəsindəki evlərdən birində yaşayan 2005-ci il təvəllüdlü F.M. intihar etmək məqsədi ilə çoxlu sayda dərman qəbul edib. Vaxtında həkimə çatdırıldığından onun həyatını xilas etmək mümkün olub, vəziyyəti orta ağırdır.

Araşdırma zamanı 13 yaşlı F.M.-nın valideynləri ilə mübahisə etdiyinə görə intihar etmək istədiyi məlum olub.