Bakıda 13 yaşlı qız növbəti dəfə evdən qaçdı

bakida-13-yasli-qiz-novbeti-defe-evden-qacdi
Oxunma sayı: 2122

Bakıda yeniyetmə qız növbəti dəfə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yaşayan 1988-ci il təvəllüdlü A.Musayeva (soyadlar şərti) 5-ci Polis Bölməsinə müraciət edərək 2010-cu il təvəllüdlü qızı T.Musayevanın martın 15-də evdən çıxaraq itkin düşdüyünü bildirib. Qadın qeyd edib ki, qızı həmin gün saat 12:30 radələrində yaşadığı evi tərk edərək gedib. O, övladının fotosunu polisə təqdim edib.

Qeyd edək ki, 13 yaşlı qızın daha əvvəl də evdən qaçıb başqa ünvanlarda qalması faktı müəyyən edilib.