Bakıda 15 yaşlı oğlan göldə boğuldu

bakida-15-yasli-oglan-golde-boguldu
Oxunma sayı: 2467

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə bir azyaşlı batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Nəticədə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.