Bakıda 16 mərtəbəli binadakı yanğına görə küçəyə giriş bağlandı

bakida-16-mertebeli-binadaki-yangina-gore-kuceye-giris-baglandi
Oxunma sayı: 2641

Hazırda Bakının Nərimanov F.Xoyski və Ə.Rəcəbli küçələrinin kəsişməsindən Ə.Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma Ə. Rəcəbli küçəsindəki binada baş verən yanğın səbəbindən tətbiq edilib.