Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü

bakida-17-yasli-qiz-binadan-yixilib-oldu
Oxunma sayı: 6708

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.