Bakıda 19 yaşlı əsgər özünü türmədə güllələyib öldürdü

bakida-19-yasli-esger-ozunu-turmede-gulleleyib-oldurdu
Oxunma sayı: 8090

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verib.

Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.