Bakıda 19 yaşlı oğlan canına qıydı

bakida-19-yasli-oglan-canina-qiydi-
Oxunma sayı: 1727

Bakıda 19 yaşlı oğlan özünü asıb.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, M.İbrahim küçəsi 41 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Mürsəl oğlu özünü yaşadığı evdə asaraq öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.