Bakıda 2 avtomobil yandı

bakida-2-avtomobil-yandi
Oxunma sayı: 1892

Bakıda iki avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi,  Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.