Bakıda 2 əcnəbini bıçaqla hədələyib 15 min istədilər

bakida-2-ecnebini-bicaqla-hedeleyib-15-min-istediler
Oxunma sayı: 647

İki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15 min manat tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, avqustun 11-i Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşlarının əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edib. Tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Hadisəni törətmiş Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə gəlib həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları pul alaraq vədinə əməl etməməsini bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.