Bakıda 2 nəfəri qisas məqsədilə yandıraraq öldürüblər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, aprelin 10-u Binə qəsəbəsində təmir sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölüb.
Faktla bağlı FHN-də cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. 1991-ci il təvəllüdlü Ramin Quliyevin qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
Son Xəbərlər