Bakıda 2 qadın arasında dava - Yaralılar var

bakida-2-qadin-arasinda-dava
Oxunma sayı: 6138

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

“Qafqazinfo”nun məlumatına görə, bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Qeyd edək ki, Z.Babayeva 2009-cu ildə ərini öldürməkdə, qaynına xəsarət yetirməkdə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilibmiş.