Bakıda 2 yaşlı qız evdə yanaraq ölüb

bakida-2-yasli-qiz-evde-yanaraq-olub
Oxunma sayı: 1716

Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.