Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxıldı

bakida-2-yasli-usaq-altinci-mertebeden-yixildi
Oxunma sayı: 2758

Bakıda azyaşlı uşaq altıncı mərtəbədən yıxılıb.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonu Gəncə prospekti ev 65-də baş verib.

Həmin binanın altıncı mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Tahir Yolçuyev eyvandan yıxılıb.

T.Yolçuyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.