Bakıda 20 yaşlı gənc dərman oğurlayarkən yaxalandı

bakida-20-yasli-genc-derman-ogurlayarken-yaxalandi
Oxunma sayı: 820

Bu gün gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, həyəcan siqnalı daxil olandan 10 saniyə sonra  Səbail RMİ-nin operativ tutucu qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Səbail RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman saxlanılaraq 8-ci Polis Bölməsinə təhvil verilib.  

Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini Qalib Abdullayev olduğu müəyyən edilib.