Bakıda 20 yaşlı oğlan itkin düşdü

bakida-20-yasli-oglan-itkin-dusdu
Oxunma sayı: 855

Bakıda gənc oğlan itkin düşüb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, B.Məcidov küçəsi, 63 saylı evdə yaşayan 1999-cu il təvəllüdlü Şıxəliyev Samir Şamil oğlu yanvarın 11-də axşam saat 22 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.