Bakıda 22 yaşlı fəhlə binadan yıxılıb öldü

bakida-22-yasli-fehle-binadan-yixilib-oldu
Oxunma sayı: 3694


“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nobel prospektində çoxmərtəbəli bina tikintisi zamanı "Elbay" MMC-nin əməkdaşlarından biri hündürlükdən yıxılıb.

Şirkətdə fəhlə kimi çalışan Şabran rayon sakini, 22 yaşlı Gülliyev Dilqəm Yaşar oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.