Bakıda 22 yaşlı oğlan bıçaqlanıb

bakida-22-yasli-oglan-bicaqlanib
Oxunma sayı: 710

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Tbilisi prospektində 1995-ci il təvəllüdlü Əhmədov Mahir Əhməd oğlu naməlum şəxs və ya şəxslər tərəfindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdərəsində araşdırma aparılır.