Əmlak Məsələləri Dövlət Komitəsi bu gün hərrac keçirib.
Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Budəfəki hərracda özəlləşdirilən ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Beləki, adıçəkilən əmlak 220 min manata özəlləşdirilib. Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.
Son xəbərlər
Son Xəbərlər