Bakıda 23 yaşlı qız evdən qaçıb

bakida-23-yasli-qiz-evden-qacib
Oxunma sayı: 720

Bakıda 23 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Zeytun küçəsində yaşayan Nəzakət Əliyeva (adlar şərtidir) müraciətində bildirib ki, 4 gün əvvəl qızı Əliyeva Nərmin Əlimusa qızı şəxsiyyət vəsiqəsini və paltarlarını götürərək evdən qaçıb.

Şikayətçi qadın qızının yerinin müəyyən edilərək tapılması üçün polisdən kömək istəyib.

Araşdırma aparılır.