Bakıda 28 yaşlı oğlan bıçaqlandı

bakida-28-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 762

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində 1989-cu il təvəllüdlü Nicat Nəsirov naməlum şəraitdə bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Vəziyyəti ağır olduğu üçün Nicat Nəsirovu dindirmək mümkün olmayıb.

8-ci polis bölməsinin əməkdaşları tərəfindən Nicat Nəsirovu bıçaqlayan şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.