Bakıda 29 yaşlı oğlan öldürüldü - Qardaşı polisə təslim oldu

bakida-29-yasli-oglan-olduruldu
Oxunma sayı: 4183

Bakıda 29 yaşlı oğlan qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib.

Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.

Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.