Bakıda 3-cü sinif şagirdi faciəvi şəkildə öldü - Yenilənib

bakida-3-cu-sinif-sagirdi-facievi-sekilde-oldu
Oxunma sayı: 8520

Bakı şəhəri Nərimanov rayonu N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi yol qəzası nəticəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sözügedən məktəbin rəsmi feysbuk səhifəsində yerləşdirilib.

Bildirilir ki, məktəbin 3c sinif şagirdi Məcidli Səlim paytaxtda baş vermiş yol qəzasında həyatını itirib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Atatürk prospektində baş verib.

“Audi” markalı, 99 CM 604 dövlət qeydiyyat nişanlı avtomobilin 2014-cü il təvəllüdlü Səlim Məcidlini vurması nəticəsində azyaşlı aldığı xəsarətlərdən vəfat edib.