Bakıda 3 gəncin öldüyü dəhşətli qəzanın görüntüləri - Video

Bakıda 3 gəncin öldüyü dəhşətli qəzanın görüntüləri
Oxunma sayı: 6344

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dəhşətli qəzanın görüntüləri təhlükəsizlik kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Zabrat-Maştağa şosesində 10-GV-746 dövlət nişanlı, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb.

Bu zaman “VAZ-2106” ilə “BMW” markalı maşın toqquşub. Zərbənin gücündən “VAZ-2106”nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb.

“BMW”nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.